Belediyye.info 2015-ci ilin may ayının 25-i tarixindən fəaliyyətdədir.

02-04-2024 , 18:23

Son xəbərlər

Bütün xəbərlər

Ən çox oxunanlar

Bu gün Bu həftə Bu ay
Bakı
- +

Bakı Bələdiyyələrinin büdcə gəlirlərinin 61.7 faizi əmlak vergisindən daxil olub

Dövlət Statistika Komitəsindən Belediyye.infoya daxil olan məlumata görə, 2023-ci ildə Bakıda formalaşan 53  bələdiyyənin büdcə gəliri 16.576.600 olub.

Bu 2022-ci llə müqayisədə 15.5 faiz çox deməkdir.

Qeyd edək ki, 2022-ci ildə Bakı bələdiyyələrin büdcə gəliri 14.349.700 manat olub.  Əldə edilən gəlirlirin 71.8 faizi vergilərdən, 28.2 faizi isə rüsumlardan olub.

Büdcə gəlirinin 10.1 faizi torpaq, 61.7 faizi isə əmlak vergisindən daxil olub.

Bakı bələdiyyələrinin büdcə gəlirin 3.5 faizi bələdiyyə əmlakının özgəninkiləşdirilməsindən, icarəsindən və istifadəyə verilməsindən daxil olub.

Əldə edilən gəlirin 9.3 faizi mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən, 1.2 faizi avtodaynacaqlardan, 2.4 fiziki və hüquqı şəxslərin maliyyə yardımlarından daxil olub. 

İl ərzində Bakı bələdiyyələrinə 1.817.100 manat dotasiya v subvensiya ayrılıb.

Ən maraqlı məqam isə bələdiyyə müəssisələrindən daxil olan mənfəət vergisini hesab etmək olar. Yəni bu vergi növündən bələdiyyə büdcəsinə il ərzində 300 manat maliyyə vəsaiti daxil olub.

Bakı bələdiyyələri ötən il ərzində mehmanxana, tuizm, kurort-sanatoriya xidmətlərindən daxil olan ödənişlərin həcmini 33.4 dəfə, əmlak vergisinin həcmini 16.7 faiz, fiziki şəxslərdən daxi lolan ianələruin həcmi isə 9.3 dəfə artıb.

Belediyye.info

Rəylər

0 Rəy


Rəy yaz

Oxşar xəbərlər